image-untitledbackend

Zəngəzur dəhlizində ABŞ qarantiyası: 2026-cı il həlledici olacaq – 145 MİLYON DOLLAR AYRILDI

2026-cı il bölgəmizdə Tramp Yolu və ya Zəngəzur Dəhlizinin reallaşması istiqamətində mühüm irəliləyiş əldə olunacağı gözlənir. ABŞ qarant dövlət olaraq bu məsələdə israrlıdır. Azərbaycanın qətiyyətli mövqeyi bütün dünyaya məlumdur. Müəyyən axsamalar Ermənistan tərəfdə olur. Amma rəsmi İrəvan da artıq düzgün yola meyl göstərir. Bunun nəticəfir ki, ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son görüşündə TRİPP layihəsinə dair razılıq əldə olunub. Bu görüş barədə və Zəngəzur Dəhlizi ilə bağlı politoloq Elman Nəsirovun fikrini öyrəndim. Həmsöhbətim bildirdi ki, 8 avqust 2025-ci ildə baş tutmuş Vaşinqton görüşündən sonra Ağ Ev bu istiqamətdə real addımlar atıb. Bu da onlardan biridir. İlkin olaraq 145 milyon dollar bu məqsəd üçün maliyyə vəsaiti ayrılıb. Məlum olub ki, fevralda Rubionun, həmçinin ABŞ
vitse-prezidentinin İrəvana səfərləri baş tuta bilər. Səfərlər zamanı yəqin ki əsas müzakirə mövzusu elə Zəngəzur Dəhlizi olacaq. Bu da Amerika Birləşmiş Ştatlarının bu məsələdə çox motivasiyalı və ardıcıl olduğunu göstərir. İstisna deyil ki, Zəngəzur Dəhlizi ilə bağlı bu il həllədeci addımlar atılsın. Amma bu TRİPP-in tam açılışı 2028-ci ilin sonunda baş tuta bilər.

Elman müəllim İranda baş verən və baş verə biləcək hadisələrin Zəngəzur Dəhlizi layihəsinin gerçəkləşməsinə mənfi təsirinin mümkünlüyünün inandırıcı olmadığını da qeyd etdi:

“Bəllidir ki, İrandakı indiki hakimiyyət Zəngəzur Dəhlizi ilə bağlı məsələlərdə qırmızı xəttdən danışır, onu özü üçün təhlükə hesab edirdi. Bu çox yanlış yanaşmadı. Zəngəzur Dəhlizi əməkdaşlıq dəhlizidir. Bu layihə kiməsə qarşı, o cümlədən İrana qarşı yönəlməyib. Tehran özü iqtisadi maraqları naminə bu dəhlizin gerçəkləşməsinə çalışmalı idi. Təəssüf ki, biz onlar tərəfdən əks münasibət gördük. Amma istənilən halda ABŞ kimi fövqəldövlətin siyasi iradəsinin və gücünün ortada olması qarantdır. Regionda olan hansısa dövlət Vaşinqtonun prinsipial mövqeyi və qüvvəsinə qarşı dayanmaq iqtidarında da deyil. İranda baş verə biləcək istənilən dəyişiklik TRİPP və ya Zəngəzur Dəhlizinin reallaşmasına mane ola bilməz.”

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki