3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb

AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı icmalı təqdim edir.

Referans Media  bu barədə AQTA-ya istinadən xəbər verir.

Keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib.

Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki