Alim Qasımov toylara od püskürdü: "Musiqini yerin altına basdırmaqdır!"

Xalq artisti, muğam ustadı Alim Qasımov Azərbaycan toylarında musiqinin təqdimatı və insanların musiqiyə münasibəti ilə bağlı sərt fikirlər səsləndirib.

Referans Media bildirir ki, Xalq artisti "100Magazin"ə açıqlamasında xüsusilə toylarda mənəvi və bədii dəyəri olan musiqiyə az yer verilməsindən narazılığını ifadə edib:

"Musiqi baxımından tərbiyəmizi pozan toylarda səsləndirilən musiqilərdir. Toyda oturub düşünürəm, müğənni necə etsin ki, həm oynamaq, həm də mənəvi dinləmə olsun? Mənəvi dinləmə 2-3, 5 dəqiqə olur. Amma sonra eynilə qatar taqqıltısı kimi davam edir. Özünə hörmət edən də çıxır foyeyə. Əvvəllər isə belə deyildi. Musiqiçilər gələndə onları qarşılayardılar, bütün el sevinirdi. İndi isə... Oxumaqla oynamağı qarışdırmaq, musiqiyə ölümdür. Musiqini nəinki qəbiristanlığa, yerin altına basdırmaq deməkdir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki