Putinin bu görüntüləri gündəm oldu: Kompüterindəki yazı nədir?

Rusiya Prezidenti Vladimir Putin Dövlət Duması seçkilərində seçki məntəqəsinə getmək əvəzinə səsini kompüter vasitəsilə verib.

Referans Media  xəbər verir ki, Kremlə məxsus yayımlanan görüntülərdə Putinin iş otağındakı kompüterlə onlayn səsvermə sisteminə qoşulduğu anlar əks olunub və kadr diqqətçəkən bir detalı üzə çıxarıb.

Belə ki, Putinin istifadə etdiyi rəsmi kompüterin masaüstündə Windows əməliyyat sisteminin aktivləşdirilmədiyini göstərən xəbərdarlığın olduğu müşahidə edilib.

Son illərdə seçki məntəqəsinə getmək əvəzinə internet üzərindən səs verməyi adət halına gətirən Putin, daha əvvəlki prezident seçkiləri ilə yanaşı, Moskva Şəhər Duması və mer seçkilərində də bənzər üsula üstünlük vermişdi.

Lakin Kreml tərəfindən yayımlanan yüksək keyfiyyətli görüntülərdə diqqətdən yayınmayan bir detal qısa müddətdə dünyanın gündəminə oturdu. Putinin səs verdiyi iş otağındakı kompüterdə Windows əməliyyat sisteminin lisenziyasız olduğu anlaşıldı.

Masaüstünün sağ aşağı hissəsində yer alan "sistemi aktivləşdirin" uyarısı qısa müddətdə dünya mediasının və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib./NOCOMMENT.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki