backend

79 yaşlı milyonçu “ideal gəlin” axtarışına çıxdı – Şərtlər hamını ŞOKA SALDI

İngiltərədə 79 yaşlı aristokrat, torpaq sahibi və titullu zadəgan Benjamin Sleydd gələcək həyat yoldaşını tapmaq məqsədilə beynəlxalq kastinq elan edib.

Referans Media  xəbər verir ki, Sleydd kişi cinsindən varis axtarır, əks halda əsrlər boyu davam edən şəcərə xətti qırılacaq və zadəgan böyük miras vergiləri ödəməli olacaq.

Aristokratın şərtləri olduqca qeyri-adi və bəzən absurd səslənir. Belə ki, gələcək xanım ov tüfəngi ilə atıcılıq bacarmalı, mühasibatlıq və hüquq biliyinə sahib olmalı, bric oynamağı bilməli, üstəlik, helikopter idarə etməsi üstünlük sayılır. Eyni zamanda, bəzi kateqoriyalar tamamilə qadağan edilib: 167 sm-dən aşağı boylu qadınlar, “qışda palto geyinilməyən” ölkələrdən olan xanımlar, adı “I” hərfi ilə başlayan ölkələrin vətəndaşları, bayrağında yaşıl rəng olan ölkələrdən gələnlər, həmçinin kanadalılar, almanlar, amerikalılar və Şimali Avropa qadınları  onun zövqünə uyğun deyillər. Həmçinin, Sleydd birmənalı şəkildə bildirib ki, qadınlar Əqrəb bürcü olmasın.

Bütün bu siyahının sonunda aristokrat öz-özünü təkzib etmiş kimi əlavə edib ki, əslində ona sadəcə həyatı anlayan, sakit, kənd qızı lazımdır. Benjamin Sleydd XIII əsrə aid Somerset malikanəsinin sahibidir, lakin borclar səbəbindən əmlakın saxlanması onun üçün ağır yükə çevrilib; malikanə nə satılır, nə də şəxsi həyatı düz yoluna düşür. Buna baxmayaraq, aristokrat inanır ki, hardasa məhz o “təvazökar, həyatı bilən, zəhmətkeş qız” yaşayır və nə qədim sarayın divarlarından, nə də onun çətin xarakterindən çəkinəcək. musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki