Abituriyentlərin NƏZƏRİNƏ – Qəbul imtahanlarının vaxtı açıqlandı – TARİXLƏR

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək.

Bu barədə Referans Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki