ABŞ dövlət katibi Marko Rubio İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda azalacağına dair nikbin proqnoz verib.
Referans xəbər verir ki, Rubio Vaşinqtonun vəziyyətin sabitləşməsi üçün fəal diplomatik addımlar atdığını bildirib.
“Yaxın saatlarda biz gördüklərinizi dayandırmaq istiqamətində real irəliləyiş görəcəyik”, – deyə Rubio bildirib.
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, Suriyadakı vəziyyət mürəkkəb və bir qədər anlaşılmazdır, lakin hər iki tərəf “real gərginliyin azaldılması” yoluna qədəm qoyub. O əlavə edib ki, ABŞ tərəflərlə davamlı danışıqlar aparır və münaqişənin böyüməsinin qarşısını almağa çalışır./Globalinfo.az