Ağcabədidə ağır qəza - bir nəfərin ölüb

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media bildirir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki