Dünya bazarında qızılın qiyməti artaraq bir troya unsiyası üçün 4 350 dollar həddini keçib.
Referans Media xəbər verir ki, bu barədə "Comex" ticarət platformasının məlumatlarında bildirilir.
Məlumata görə, avqust fyuçersləri üzrə qızılın qiyməti 4,2 faiz artaraq bir troya unsiyası üçün 4 361,72 dollara yüksəlib.
