Vyetnamda 25 yaşlı hamilə qadın doğuş sancıları başlayandan sonra həyat yoldaşı ilə birlikdə motosikletlə xəstəxanaya yollanıb. Lakin körpə xəstəxanaya çatmağa az qalmış, motosikletin üzərində dünyaya gəlib. Xəstəxana girişində ana və körpəyə dərhal tibbi yardım göstərilib.
Referans Media xəbər verir ki, hamiləliyin 32-ci həftəsində olan qadın sancılar başlayandan sonra həyat yoldaşı ilə ən yaxın xəstəxanaya getməyə çalışıb. Ancaq doğuş o qədər sürətli baş verib ki, körpə xəstəxananın girişinə çatmamış doğulub.
Tibb işçiləri motosikletlə gələn ailəni qarşılayarkən körpənin artıq dünyaya gəldiyini, göbək bağının isə hələ kəsilmədiyini müəyyən ediblər. Ana və yeni doğulmuş körpə dərhal doğum şöbəsinə aparılıb.
Həkimlər doğuşdan sonra ana və körpənin müayinəsini həyata keçiriblər. Məlumata görə, oğlan uşağı təxminən 2 kiloqram çəkidə doğulub və hər ikisinin vəziyyəti stabildir.
Hakimlər bildiriblər ki, hamiləliyin son aylarında doğuş sancıları və ya digər narahatedici əlamətlər başlayan kimi vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət etmək lazımdır. Onların sözlərinə görə, bu cür hallarda gecikmə həm ana, həm də körpə üçün əlavə risk yarada bilər./Musavat.com/
