Ağdaşda ağır qəza: iki bacı öldü

  Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.

Referans.az  APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən – 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və onun bacısı 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 Onlar həkim qəbuluna gedirmişlər.

Astara rayonunun Giləkəran kənd sakinləri olan bacılar doğulduqları kənddə dəfn olunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki