Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bıçaqlanan yeniyetmənin məktəbli olduğu məlum olub.
Referans Media xəbər verir ki, ANZ.AZ-ın əldə etdiyi məlumata görə, xəsarət alan Oktay İsmayılov Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır.
Xatırladaq ki, mübahisə zamanı bıçaqlanan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə ilə əlaqədar X. Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
