Bu gün bizə deyirlər: siz Aİ ilə yaxşı münasibətlər qurduğunuzu iddia edirsiniz, bəs niyə bu məsələni həll etməmisiniz? Bəlkə də yanaşmanız səhvdir! Əziz dostlarım, bu, standartlar məsələsidir; başa düşürsünüz, biz fərqli işləməliyik.
Referans Media “Axar.az“a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Avropanın Ermənistanı “aviasiya qara siyahı”sına daxil etməsi haqda danışarkən deyib.
“Mən Aİ-yə minnətdaram. Problem bizdədir, Avropa İttifaqında deyil. Aİ bizə deyir: “Dostlar, burada probleminiz var. İstəyirsiniz həll edin, istəmirsiniz etməyin, problem yoxdur, amma standartlarıma cavab verməyən bir təyyarənin yaşayış məntəqələrimin üzərindən uçmasına icazə verməyəcəyəm”. Burada narazılıq üçün heç bir səbəb yoxdur; bu, bizim qərar qəbul etməyimizə kömək edir”, – Paşinyan vurğulayıb























