“Bakının bir çox ərazisində, o cümlədən Masazır, Buzovna və Binədə piyada səkiləri ya yoxdur, ya da kifayət etmir”.
Referans Media xəbər verir ki, bu sözləri bu gün keçirilən yol hərəkəti ilə bağlı mətbuat konfransında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, yol təhlükəsizliyinin təmin olunması üçün əsas məsələ səkilərin salınması olmalıdır.
Ekspert qeyd edib ki, səkilərə görə məsuliyyət yerli icra hakimiyyətlərinin üzərinə düşür.
O, həmçinin küçələrin işıqlandırılmasında da ciddi problemlərin olduğunu vurğulayıb.
Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkənin ən işıqlı şəhəri Laçındır və keyfiyyətli işıqlandırma yol qəzalarının azalmasına mühüm təsir göstərir.
