Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?

Fermerlərdən 20-30 qəpiyə alınan pomidor paytaxtda baha satılır. 

Bəs bu bahaçılığın səbəbi nədir? 

Referans Media xəbər verir ki, hazırda paytaxtda pomidorun qiyməti 2-3 manat arası dəyişir. Satıcıların sözlərinə görə, keçən il pomidorun qiyməti daha ucuz idi:

"Biz də topdan baha alırıq deyə qiymət avtomatik təsir edir. Pomidoru Şəmkir və adətən Sabirabaddan alırıq. Bəzən elə olur ki, məhsulun qiymətinin üstünə sadəcə 20 qəik qoyuruq". 

Alıcılar da satıcılar kimi məhsulun baha olmasından narazıdırlar. Fermerlər isə məhsulun ucuzlaşdığını düşünürlər:

"Bölgələrdə pomidor 20-50 qəpik arası satılır. Məhsulun ucuzlaşma səbəbi Rusiya bazarına az göndərilməsi ilə bağlıdır. Digər səbəb isə məhsuldarlığı bolluğu ilə bağlıdır. 20-30 qəpiyə satdığımız sortlar var. Məhsulun sənədləşməsi gec olduğu üçün Rusiya bazarına göndərmirik". 

Qeyd edək ki, satıcılar məhsul bolluğunun digər səbəbini isə məhərrəmlik ayında toylar və digər böyük mərasimlərin keçirilməməsi ilə əlaqələndirirlər./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki