Beynəlxalq Futbol Federasiyası (FIFA) Nepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü müvəqqəti olaraq dayandırıb.
Referans Media xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, FIFA-nın bu qərarına ANFA-da keçirilən seçki prosesində ciddi pozuntuların aşkarlanması səbəb olub.
Qərardan sonra Nepal klubları və milli komandaları FIFA və “Asian Football Confederation” himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirak etmək hüququnu itiriblər.
