Azərbaycanın Kiyevdəki səfirliyinin yanına Rusiyanın dronu düşdü – FOTObackend

Azərbaycanın Kiyevdəki səfirliyinin yanına Rusiyanın dronu düşdü – FOTO

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Referans “Azərtac”a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron və 18 ballistik və müxtəlif tipli raketlər atılıb.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki