“Son bir ildə prezidentimizin Azərbaycan Prezidenti ilə keçirdiyi hər görüşdə və ya mənim Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşlərimdə və iki ölkənin rəsmiləri arasında hər səfər və hər görüşdə sərhəd-keçid məntəqəsinin açılması məsələsi qaldırılıb”.
Referans.az entekhab-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, Azərbaycan-İran quru sərhədinin açılması ilə bağlı vəziyyəti açıqlayıb:
“Onlar (rəsmi bakı – red.) bütün sərhədlərinin bağlı olduğunu iddia edirlər və bu, təkcə ölkəmizi əhatə etmir. Azərbaycan Respublikası bu məsələni nəzərdən keçirəcəyinə söz verib və biz hələ də gözləyirik. Quru sərhədin yenidən açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.yenisabah























