image-bagca-1backend

Bağça, yoxsa dayə? – Uşaqlar üçün ən uyğunu BUDUR

Uşaq böyüdən hər bir valideynin qarşısında duran ən çətin və məsuliyyətli seçimlərdən biri də budur: övladımı bağçaya qoyum, yoxsa evdə fərdi dayə xidmətinə etibar edim?

Bəziləri üçün uşağın ev mühitində, tanış şəraitdə və xüsusi diqqət mərkəzində olması prioritetdir. Digərləri isə uşağın həmyaşıdları ilə ünsiyyət qurmasını, cəmiyyətə adaptasiya olmasını və müəyyən nizam-intizama alışmasını inkişafın əsası hesab edirlər.

Bu seçim həm uşağın psixoloji hazırlığından, həm də valideynin gözləntilərindən asılı olaraq dəyişir.

Həqiqətən, uşaqlar üçün baxğça daha uğurlu seçimdir, yoxsa evdə dayə xidməti?

Referans Media  xəbər verir ki ,məsələ ilə bağlı, neonatoloq, uşaq psixoloqu Aidə Əliyeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, bu seçimi etmək üçün mütləq uşağın yaşını nəzərə almaq lazımdır:

“Uşağın bağçaya hazır olub-olmamasından, həmçinin dayənin keyfiyyətindən çox şey asılıdır. Hər ikisinin öz müsbət və mənfi tərəfləri var. Ümumiyyətlə, 3 yaşa qədər uşağın ev şəraitində olması daha yaxşıdır. Çünki dayə ilə fərdi rejim və fərdi yanaşma olur, uşağa uyğun yeməklər verilir və uşaqda təhlükəsizlik hissi daha güclü olur. Yəni uşaq özünü daha rahat hiss edir.

Amma mənfi tərəfləri də var. Uşaq çox vaxt ekran qarşısında olur, multfilmlərə baxır, nitq ləngiməsi yarana bilər, sosiallaşması da gecikə bilər. Bu da mənfi cəhətlərdəndir. Burada əsas məqam dayənin nə qədər peşəkar olmasıdır və çox şey bundan asılıdır. 3 yaşdan sonra uşaqlar üçün bağça daha çox tövsiyə olunur. Çünki bağçada uşaq sosiallaşır, müəyyən rejimə öyrəşir, daha tez inkişaf edir, həm fiziki, həm sosial, həm də nitq baxımından. Uşaq daha sərbəst olur”.

Mütəxəssis baxğanın uşaqlar üçün bir sıra mənfi cəhətləri olduğunu bildirsə də, ən üstün seçim olduğunu vurğulayıb:

“Uşaq xüsusilə adaptasiya dövründə daha çox stress keçirə, həmçinin tez-tez xəstələnə bilər. Hər iki seçimin müsbət və mənfi tərəfləri var. Amma mən bir həkim kimi hesab edirəm ki, əgər uşaq bağçaya hazırdırsa və orada özünü komfortlu hiss edirsə, baxça daha üstün seçimdir. Çünki düşünürəm ki, uşağa lazım olan rejimə – qidalanma, təmiz hava və yuxu qaydalarına dayələr çox vaxt tam riayət etmirlər və uşaqlarla düzgün məşğul olmurlar. Öz təcrübəmə əsasən deyə bilərəm ki, bağçaya gedən uşaqlar həm fiziki, həm də digər inkişaf göstəricilərinə görə daha irəlidə olurlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki