backend

Bakı-Quba yolunda ağır qəza: ölən var

Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media “Report”a istinadən xəbər verir ki, KIA markalı minik avtomobili yolu keçən piyadanı vurub.

Nəticədə, piyada aldığı ağır xəsarətlər səbəbi ilə hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Bakı-Quba yolunda avtomobilin vurduğu piyada həlak olub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki