image-fillbackend

Hindistanda dəhşət: Vəhşi filin hücumu 22 can aldı

Hindistanın Çarxand əyalətində sürüsündən ayrılan fil kəndlərə hücum edib.

Referans Media  xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, nəticədə 22 nəfər ölüb.

“İlk qurban 1 yanvarda Bandijhari kəndində 35 yaşlı kişi olub. O vaxtdan bəri tapdalanaraq ölən və ya ölümcül xəsarət alanlar arasında bir cütlük, iki azyaşlı uşağı və meşə idarəsinin əməkdaşı da var. Bölgə yüksək hazırlıq vəziyyətinə gətirilib. Filin sonuncu dəfə görüldüyü Çaybasa rayonunda yaşayan sakinlərə meşə ərazilərindən uzaq durmaq və gecələr çölə çıxmamaq barədə xəbərdarlıq edilib”.

Qeyd olunub ki, hazırda 100-dən çox meşə işçisi və üç əyalətdən mütəxəssis filin axtarışına çıxıblar:

“Fil gündə təxminən 30 km məsafə qət edir, bu da izlənməsini çətinləşdirir. Artan insan-fil qarşıdurması meşələrin məhv olması və fillərin ənənəvi köç yollarındakı məskunlaşma ilə bağlıdır. Son beş ildə Hindistanda belə qarşıdurmalar nəticəsində 2800-dən çox insan ölüb. Bəzi əyalətlərdə isə filin kəndlərə yaxınlaşmasını izləmək üçün süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri tətbiq olunub”./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki