image-batan-gemibackend

İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı – 14 nəfər…

İrana məxsus, göyərtəsində 14 ekipaj üzvü olan “Rona” adlı yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb.

Referans Media  xəbər verir ki, bu barədə informasiyanı Türkmənistan Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, gəmidən göndərilən SOS siqnalı Türkmənistanın sahil xidmətləri tərəfindən qəbul edilib.

“Türkmənistanın fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə məşğul olan dövlət qurumları beynəlxalq dənizçilik normalarına uyğun olaraq insanların xilas edilməsi üçün bütün zəruri tədbirləri görüblər”, – deyə məlumatda bildirilir.

Nazirliyin məlumatına əsasən, gəmidə olan bütün 14 nəfər uğurla təxliyə edilib. İlkin məlumata görə, xilas edilənlər İran və Hindistan vətəndaşlarıdır.

“Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulan müvafiq prosedurları həyata keçirir”, – deyə XİN qeyd edib. (Mənbə: Median)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki