Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayrılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.

Referans MEDİA “Report”a istinadən xəbər verir ki, bununla bağlı elan olunan tendering qalibi “Qrand Dizayn Konstrakşn” MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki