“Formula-1” yarış həftəsi ilə əlaqədar olaraq 18-29 sentyabr tarixlərində nəqliyyat xidmətinin təşkili ilə əlaqədar bəzi parklanma sahələrində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Referans Media xəbər verir ki, bununla bağlı “AzParking”-dən məlumat verilib.
Məhdudiyyət Səməd Vurğun küçəsində yerləşən P90072 nömrəli parklanma məntəqəsini tam olaraq, Üzeyir Hacıbəyli küçəsində yerləşən P90006-P98006 nömrəli, Əbdülkərim Əlizadə küçəsində yerləşən P98111-P90111 nömrəli və Rəsul Rza küçəsində yerləşən P90079 nömrəli parklanma məntəqələrinin isə müəyyən hissələrini əhatə edəcək.
Bu səbəbdən qeyd olunan məntəqələrdə parklanma nişanlarına diqqət yetirməyiniz xahiş olunur.
