“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi

Türkiyənin teatr və kino sənətinin tanınmış nümayəndələrindən olan Gülsen Tuncer 81 yaşında dünyasını dəyişib.

Referans Media  xəbər verir ki, aktrisanın vəfatı barədə məlumatı onun sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.

Məlumata görə, Gülsen Tuncer bir müddət əvvəl xərçəng xəstəliyinə tutulub və müalicə alıb.

Sənətçi uzun illər ərzində Türkiyə teatr və televiziya layihələrində müxtəlif obrazları canlandırıb. O, xüsusilə “Çalıkuşu”, “Fazilet Hanım ve Kızları” və “Aşk-ı Memnu” seriallarında yaratdığı rollarla tamaşaçıların yaddaşında qalıb.

Gülsen Tuncerin ölümü Türkiyənin sənət ictimaiyyətində böyük kədər doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki