Bakıda şadlıq sarayının 4 ofisiantı faciəvi şəkildə öldü

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Referans.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki