Referans Media Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Soğanverdilər kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ”2107 markalı 02 BK 395 dövlət nömrəli avtomobil idarəetməni itirib yol kənarındakı internet şəbəkəsinin dirəyinə çırpılıb daha sonra dərəyə aşıb.
Baş verən hadisə zamanı sürücü xəsarət alıb, dirəyin aşması nəticəsində internet şəbəkəsinin verlişində problem yaranıb.
Faktla bağlı araşdırma aparılır.























