Rusiya Ukrayna gəmisinə zərbə endirdi

Rusiya hərbçiləri Ukraynaya məxsus quru yük gəmisinə zərbə endiriblər.

Referans Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə qurumunun məlumatına görə, zərbəyə məruz qalan gəmi Ukrayna Silahlı Qüvvələrinin (USQ) təminatı üçün nəzərdə tutulan yükləri Odessa limanına çatdırırmış.

Bundan əlavə, Rusiya hərbçiləri Xarkov vilayətinin Nadtoçii yaşayış məntəqəsində elektronika sənayesi müəssisəsinə zərbə endiriblər. Həmin obyekt Ukrayna ordusunun ehtiyacları üçün avtomatlaşdırma sistemləri və rabitə vasitələrinin istehsalında istifadə olunurdu./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki