2 il əvvəl ailə həyatı qurduğu Serkan Sağdıçdan ötən ay boşanan Melek Mosso yeni eşqə hazır olduğunu bildirib.
Referans MEDİA xəbər verir ki, ötən gecə “Yeni Cabaret” adlanan məkanda səhnəyə çıxan müğənniyə jurnalistlər “Yeni münasibətə hazırsınız?” sualını verib. Müğənni suala belə cavab verib:
“Əlbəttə ki, bu, göz qabağındadır. Ömrümün sonuna qədər tək qalmayacağam. Kaş ki, aşiq ola bilsəydim.” Boşanma səbəbi soruşulduqda, Melek Mossonun cavab belə olub: “Münasibətdə bəzi şeylər azalır. Əgər sevginiz və hörmətiniz azalıbsa, uzaqlaşmısınızsa, bəzi şeyləri məcbur etmək sizi heç bir yerə aparmayacaq. Mən bunu etmək istəmirdim.”
Müğənni “Evlilik sevgini bitirmi?” sualına “Sevgimizi bitirən başqa səbəblər var idi. Serkan çox hörmət etdiyim bir insandır. Yolu açıq olsun. Yeni sevgi münasibətlərinə başlasın, mən də. Hər kəs xoşbəxt olsun” cavabını verib.
Məşhurlar təkcə çəkildikləri seriallar və ya təqdim etdikləri verilişlərlə deyil, həm də yaşadıqları eşq macəraları ilə gündəmi zəbt etməyi bacarır…






















