backend

Bu musiqilər stresi azaldır

Musiqi insan psixologiyasına birbaşa təsir göstərən əsas amillərdən biridir.

Referans Media xəbər verir ki, düzgün seçilmiş musiqi stressi azaldır, emosional tarazlıq yaradır, bəzi musiqi növləri isə mövcud psixoloji problemləri dərinləşdirə bilər. Araşdırmalara görə, klassik musiqi və yavaş tempolu instrumental melodiyalar ürək döyüntüsünü tənzimləyir, əsəb gərginliyini azaldır. Təbiət səsləri ilə müşayiət olunan musiqilər isə beyin tərəfindən sakitləşdirici siqnal kimi qəbul edilir və rahatlama yaradır.

Eyni zamanda həddindən artıq aqressiv və yüksək tempolu musiqilər əsəbilik və impulsiv davranışları artıra bilər. Xüsusilə depressiv mətnli, ümidsizlik mövzulu mahnılar depressiyaya meyilli insanlarda mənfi düşüncələri gücləndirə bilər. Bundan əlavə, musiqinin yüksək səslə və uzun müddət qulaqcıqla dinlənilməsi baş ağrısı və yuxu pozuntularına səbəb ola bilər.

Qeyd edək ki, musiqi terapiyası bir çox ölkədə depressiya və stress pozuntularının müalicəsində əlavə üsul kimi tətbiq olunur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki