Bu şəxslər işə qəbul zamanı sınaq müddətindən AZADDIR

Azərbaycanda işə qəbul zamanı tətbiq edilən sınaq müddəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur.

Referans Media xəbər verir ki, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, bəzi şəxslər üçün sınaq müddətinin təyin olunmasına icazə verilmir. Baxmayaraq ki, bir çox işəgötürən bu müddəti işçinin peşəkar bacarıqlarını yoxlamaq məqsədilə tətbiq edir və onu maksimum 3 ayadək müəyyənləşdirə bilir.

İnsan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bildirir ki, universiteti bitirdiyi il ilk dəfə öz ixtisası üzrə işə başlayan şəxslərə sınaq müddəti qoyula bilməz:

“Eyni zamanda, 18 yaşdan kiçik şəxslər, hamilə qadınlar, 3 yaşına qədər uşağı olan analar, həmin yaşa qədər uşağı təkbaşına böyüdən atalar, dövlət göndərişi ilə işə qəbul edilənlər, istehsalat təcrübəsi keçənlər və müvəqqəti işlərdə çalışanlar da bu qaydadan kənarda qalır”./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki