backend

Bu tarixdə doğulanlar gec-tez zəngin olurlar – RƏQƏMLƏR

Numeroloji araşdırmalar doğum tarixinin insanın maddi uğuruna təsir edib-etməməsi ilə bağlı maraqlı nəticələr ortaya çıxarır.

 

Referans Media  xəbər verir ki, müəyyən tarixlərdə doğulan şəxslər daha güclü “pul enerjisi” ilə dünyaya gəlir və biznes, karyera, investisiya kimi sahələrdə uğur qazanmaq ehtimalları yüksək olur.

 

Xüsusilə həyat yolu nömrəsi 8, 1 və 6 olan insanların maddi rifaha daha tez çatdığı vurğulanır. Bu nömrələr doğum tarixinin rəqəmlərinin cəmlənməsi ilə müəyyən edilir. 8 rəqəmi zənginlik enerjisinin əsas göstəricisi sayılır. Ayın 8-i, 17-si və 26-sı doğulan və ya doğum tarixinin tam cəmi 8 edən şəxslər liderlik, idarəetmə və pul axınını yönləndirmək bacarıqları ilə seçilir.

 

Onların biznesdə risk etməsi və uğur qazanması daha çox müşahidə olunur. 1 rəqəmi ilə əlaqəli tarixlər, yəni ayın 1-i, 10-u, 19-u və 28-də doğulanlar da maddi uğura meylli hesab edilir. Bu şəxslər daha çox liderlik, qərarlılıq və öz işini qurmaq istəyi ilə seçilirlər. Zənginlik ehtimalı olan tarixlər sırasında 6 rəqəmi də xüsusi yer tutur. Ayın 6-sı, 15-i və 24-ü doğulan və həyat yolu 6 olan şəxslərin sabit gəlir, komfort və rifah gətirən enerjiyə sahib olduğu bildirilir. Doğum tarixi insanın maliyyə potensialı haqqında ilkin təsəvvür yaratsa da, şəxsin zənginliyi yalnız bu faktora bağlı deyil. Zəhmət, şərait, qərarlar və fərdi bacarıqlar həlledici rol oynayır.

 

Qeyd edək ki, insanlar arasında numeroloji maraqlar artır və bir çoxları həyat yolunun maddi tərəflərini bu cür hesablamalarla öyrənməyə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki