Bu xəstəxanada əməliyyat üçün cərrah yoxdur? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə bölgələrdə həkim çatışmazlığı ilə bağlı problemlər müzakirə obyektinə çevrilib. 

Onlardan birində Bərdə Rayon Mərkəzi Xəstəxanasında cərrah çatışmazlığı ilə bağlı narahatlıq da öz əksini tapıb. Hətta bu barədə vdieogörüntü də yayılıb. Müraciətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasında cərrah həkim çatışmazlığı ilə bağlı ciddi iddialar səsləndirilir. 

Bildirilir ki, xəstəxanaya eyni anda 3 nəfər ağır xəstə gətirildiyi hallarda növbədə cəmi 1 cərrah həkim olur. İddiaya görə, həkim eyni vaxtda bir neçə ağır xəstəyə tibbi yardım göstərmək məcburiyyətində qalır və bu səbəbdən digər xəsrət alanları vaxtında əməliyyata götürülməsi və ya təcili tibbi müdaxilə alması gecikir.

Əlavə cərrah həkimlərin olmaması xəstələrin həyatı üçün ciddi risk yaratdığı qeyd edilir. Məlumat nə dərəcədə doğrudur? Əgər belədirsə, bu, xəstələrin həyatı üçün təhlükə deyilmi? 

Referans Media bildirir ki, məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-a verilən məlumata görə, 25.07.2026-cı il tarixində saat 18:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış bir neçə şəxs, eyni zamanda digər təxirəsalınmaz tibbi yardım tələb edən pasiyentlər müraciət edib: 

“Hadisə qeyri-iş saatlarında baş verdiyindən tibbi xidmət təsdiq edilmiş növbətçilik qrafikinə uyğun olaraq növbətçi həkim heyəti tərəfindən həyata keçirilib, bütün müraciətlər triaj (prioritetlik) prinsiplərinə əsasən qiymətləndirilərək zəruri tibbi müdaxilələr vaxtında icra olunub. 

Hadisə zamanı xəstəxananın iki cərrahı həyati təhlükəsi olan pasiyent üzərində əməliyyat apardığından, onların digər tibbi xidmətə cəlb edilməsi mümkün olmayıb. Bununla yanaşı, eyni anda daxil olan müraciətlərin sayı çox olanda zərurət yaranarsa, müvafiq ixtisaslar üzrə həkimlər operativ şəkildə tibbi xidmətə cəlb olunur”. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki