Əməkdar artist Firdovsi Atakişiyev aparıcılarla bağlı fikirlərini bölüşüb.
Referans Media xəbər verir ki, aktyor "Günə uğurla" verilişində bəzi müəllif proqramları və aparıcıların fəaliyyəti barədə danışarkən sərt açıqlamalar verib. O bildirib ki, bir vaxtlar efirdə at oynadan aparıcılar indi kanallara buraxılmır:
"İnsanlar var ki, müəllif verilişi edir. Orada ürəyi istəyən qədər danışır. Aparıcılar haqqında çox danışmaq istəmirəm, hər şey göz önündədir.
İl yarım əvvəl təsadüfən bir aparıcının verilişinə düşdüm. Səhər verilişi adı ilə gəlmişdim, amma gördüm ki, başqadır. Bir serialın təqdimatı olmalı idi. Aparıcı yaxşıdır, amma axınla getdiyi üçün yolunu səhv saldı. Ona dedim ki, səni çox istəyirəm, amma 5 il sonra nə edəcəksən? Sənin bu ideyan heç kimə lazım olmayacaq. Nə 5 il, heç 1 il çəkmədi.
Həmin sözümdən sonra o, üstünə qoydu, daha reytinq yığmağa çalışdı. Bu da pis nəticə ilə bitdi. Heç vaxt mənliyini, şəxsiyyətini gündəmə qurban vermək olmaz. Belə aparıcılar çox olub, indi kanala yaxın buraxmırlar. Bir vaxtlar at oynadırdılar"./Axşam.az/
