backend

Cəlilabadda ərini öldürməkdə şübhəli bilinən qadın saxlanıldı

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Referans MEDİA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki