Cəlilabadın dağlıq kəndlərinə qar yağıb

Cəlilabad rayonunun dağlıq ərazilərində qarlı hava şəraiti müşahidə olunur.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, qar əsasən rayonun dağlıq hissəsində yerləşən Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərinə yağıb.

Məlumata görə, qeyd olunan kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb, daha yüksək dağlıq ərazilərdə isə qar örtüyü 25 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti davam edir, qar yağması müşahidə olunur


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki