image-celsi77backend

Çelsi–Anar məsələsinin deyilməyən GİZLİNLƏRİ – Yeni FAKTLAR üzə çıxdı

Son günlər sosial şəbəkələrdə yayılan paylaşımlar fonunda formalaşan ictimai rəy əsasən emosiyalar üzərində qurulub. Halbuki faktlar ardıcıllıqla və soyuqqanlı şəkildə təhlil edildikdə hadisələrin tamam fərqli mənzərəsi üzə çıxır. Söhbət Çelsi Baxşıyeva ilə Anar Pirməmmədov arasında yaşanmış və sonradan açıq qarşıdurmaya çevrilmiş münasibətdən gedir.

Əldə etdiyimiz məlumata görə, tərəflərin tanışlığı təxminən dörd il əvvələ təsadüf edir. İlk görüş Buzovna qəsəbəsində, Anarın şəxsi avtomobilində baş tutub. Həmin görüş zamanı Anar evli olduğunu gizlətməyib, bunu açıq şəkildə bəyan edib və münasibətin sərhədlərini əvvəlcədən müəyyənləşdirib. Sonrakı mərhələdə əlaqə ilkin olaraq dostluq çərçivəsində davam etdirilib.

Məlumatlı mənbənin bildirdiyinə görə, bir müddət sonra Çelsi Anara qarşı hisslərini ifadə edərək daha yaxın münasibət qurmaq istədiyini bildirib. Bunun ardınca tərəflər 5–6 ay müddətində yaxın münasibətdə olublar.

Münasibət davam etdiyi dövrdə Anarın yaxın dostlarından biri ona məlumat verib ki, Çelsi “Telegram” platformasında pul müqabilində müxtəlif şəxslərlə “online” ünsiyyət qurur və ona məxsus olan “Teleqram” qrupunda qeyri-etik, seksual məzmunlu videoları paylaşır. Mənbənin iddiasına görə, Anar bunu dəqiqləşdirdikdən sonra Çelsi ilə əlaqəni kəsib. Bildirilir ki, bu ayrılıqdan sonra gərginlik başlayıb. İddialara əsasən, Çelsi Anardan intiqam almaq qərarına gəlib.

Deyilənə görə, 2024-cü ilin iyun ayında Çelsi yenidən Anarla əlaqə saxlayaraq guya ona lazım olan kirayə ev məsələsi ilə bağlı məsləhət almaq istədiyini bildirib və ona bir neçə binadan müxtəlif şəkillər göndərib. Həmin şəkillər arasında Anarın yaşadığı binanın fotosunun da olması diqqət çəkib. Yazışmalar zamanı Çelsi Anarın ailəsi barədə məlumatlı olduğunu hiss etdirib, söhbəti məqsədli şəkildə qayınanası üzərinə yönəltməyə çalışıb. Bu məqam Anarda ciddi şübhə yaradıb və vəziyyət planlı təxribat kimi qiymətləndirilib.

Saytımızı məlumatlandıran mənbə onu da bildirib ki, bundan sonra Anar 4–5 ay müddətində məsələni diqqətlə araşdırıb. Deyilənə görə, bu müddətdə tərəflər arasında heç bir görüş baş tutmayıb; bütün müzakirələr və mübahisələr yalnız “WhatsApp” yazışmaları və zəngləri vasitəsilə aparılıb. Anar yazışmalar zamanı baş verənlərin planlı oyun olduğunu bildiyini açıq şəkildə ifadə edərək suallar ünvanlayıb:

“Bunları sənə kim öyrədir? Kimlə münasibətdəsən?”

Uzun və gərgin yazışmalardan sonra Çelsi mesajlarında “Bəli, oyundur, yanımda kimlərsə var, amma sən bunu heç vaxt öyrənə bilməyəcəksən” ifadəsini işlədib, həmçinin “səni məhv edəcəyəm” sözlərini yazıb. Qeyd edilməlidir ki, sosial şəbəkələrdə yayılan səs yazıları da məhz həmin dövrdə – “WhatsApp” danışıqları zamanı qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, həmin gecə Anarın azyaşlı övladlarının adına saxta sosial media profilləri açılıb. Bu profillər vasitəsilə həyat yoldaşına və qohumlarına mesajlar göndərilib, şəkillər üzərində təhqiramiz ifadələr yazılaraq yayılıb. Baş verənlər ailədə ciddi psixoloji sarsıntıya səbəb olub.

Anar baş verənlərlə bağlı dərhal 19-cu Polis Bölməsinə rəsmi müraciət edib. Aparılan araşdırma nəticəsində saxta profillərin üçüncü şəxslərin adına açıldığı müəyyənləşdirilib. Polis əməkdaşları məsələnin barışıq yolu ilə həllini tövsiyə edib. Nəticədə tərəflər arasında müəyyən razılaşmalar əldə olunub.

Mənbə iddia edir ki, Çelsi polis bölməsinə dəvət edildikdən sonra Anara qarşı hədə-qorxu ritorikasını davam etdirib. O, Anarın övladlarının oxuduğu məktəbə gedərək oradan şəkil çəkib, Anara göndərib və bununla açıq şəkildə təzyiq göstərməyə çalışıb. Deyilənə görə, sosial şəbəkələrdə yayılan Anarın üzr istədiyi səsyazısı isə yalnız övladlarını qorumaq, vəziyyəti daha da gərginləşdirməmək və ailəsini təhlükədən uzaq tutmaq məqsədilə atılmış addım olub.

2025-ci ilin fevral ayında Çelsi sosial şəbəkələrdə əxlaqsızlıq təbliğ etdiyinə görə keçirilən tədbirlər çərçivəsində polis tərəfindən saxlanılıb və 30 gün inzibati həbs olunub. Bildirilir ki, azadlığa çıxdıqdan sonra Anara zəng edərək yenidən hədə-qorxu gəlib, saxlanılmasında onun rolunun olduğunu iddia edib. Daha sonra Çelsinin anası Anarla əlaqə saxlayaraq tərəflərin bir-birindən uzaq durmasını və yazışmamasını xahiş edib, “mən Çelsini başa salacam, onun yenidən həbs olunmasını istəmirəm” deyə bildirib.

Mənbəmiz deyir ki, Çelsi kimlərinsə sifarişi ilə xarici ölkəyə aparılıb. Oradan Anar və ailəsi barədə məlumatlar paylaşaraq ictimai manipulyasiya cəhdləri edib. Videolara diqqətlə baxıldıqda çıxışların əvvəlcədən hazırlanmış mətn əsasında oxunduğu aydın sezilir. Dövlət qurumlarının adlarının hallandırılması isə məsələnin miqyasını süni şəkildə genişləndirmək cəhdi kimi qiymətləndirilir.

Bütün bu faktlar göstərir ki, Anar Pirməmmədov hər mərhələdə evli olduğunu gizlətməyib, münasibətin sərhədlərini açıq şəkildə bəyan edib, yaranmış vəziyyətdə isə övladlarının təhlükəsizliyi naminə hüquqi addımlar atıb və prosesin daha da böyüməməsi üçün kompromisə gedib. Sosial şəbəkələrdə yayılan ittihamlar isə hadisələrin yalnız bir tərəfini əks etdirir.globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki