Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundubackend

Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

  Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

Referans Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki