Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda hesab açılıb.
Referans Media xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
17-ci dəqiqədə Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib.
***
Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyunu start götürüb.
Referans Media xəbər verir ki, B qrupunun matçı "San Francisco Bay Area" stadionunda keçirilir.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.
