backend

Deputat nazirə müraciət etdi: “Çəkinməməliyik…”

Milli kimliyin və milli yaddaşın qorunmasında kitabların rolu misilsizdir”.

Referansaz.az  sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Elnarə Akimova “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat çıxışı zamanı kitab siyasətinin əhəmiyyətinə toxunaraq bildirib ki, dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin artırılması həm mədəni irsin yaşadılması, həm də ölkənin dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Elnarə Akimova qeyd edib ki, Azərbaycan siyasətdə də, idmanda da sözünü deyə bilib və bu nailiyyətlər ölkənin beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirib.

Onun fikrincə, bu uğurların dünyaya daha dolğun çatdırılması üçün ədəbiyyatın və kitab nəşrinin dəstəklənməsi vacibdir.

Millət vəkili çıxışı zamanı məsələ ilə bağlı iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə müraciət edib. Deputat vurğulayıb ki, 1990-cı illərin çətin tarixi dönəmlərində ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qorunması istiqamətində mühüm addımlar atıb:

“Bu gün Prezident İlham Əliyevin ana dilinin qorunması ilə bağlı çıxışları həmin xəttin ardıcıl davam etdirildiyini təsdiqləyir. Milli kimliyimizin və yaddaşımızın əsas dayaqlarından biri kitabdır. Əgər kitab siyasətində irəliləyiş etmək istəyiriksə, bu sahəyə sərmayədən çəkinməməliyik”, – deputat qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki