Referans Media Bakupost.az-a istinadən xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər.
Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri – Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet əl-Hacını təhvil verib və əslində onların dəyişdirildiyini təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan bu gün 4 erməni məhbusu – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib.























