Sabah doktorantura və dissertantura səviyyələri üzrə xarici dil fənnindən qəbul və fəlsəfə doktoru imtahanları təşkil olunacaq.
Referans Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanlarda ümumilikdə 2 351 namizəd iştirak edəcək. Doktoranturaya qəbul imtahanı üçün 1 926 nəfər qeydiyyatdan keçib. Onlardan 1 890 nəfər ingilis, 16 nəfər fransız, 20 nəfər isə alman dili üzrə imtahan verəcək. pizza
Fəlsəfə doktoru imtahanında isə 389 nəfərin iştirakı nəzərdə tutulub. Namizədlərdən 386-sı ingilis, 2-si fransız, 1-i isə alman dili üzrə biliklərini sınayacaq.
İmtahanlarda 3 fiziki məhdudiyyətli şəxs də iştirak edəcək. Onların rahat şəkildə imtahan vermələri üçün xüsusi şərait yaradılıb.
