Fərdi yaşayış evlərinin həddindən artıq yaxın tikilməsi bir sıra fəsadlara yol açır. Bu nüans daha çox “makler evləri”ndə müşahidə edilir.
Referans xəbər verir ki, tikinti ucuz başa gəlsin deyə belə evlər arasında ara məsafəsinin saxlanılması nüansı çox vaxt gözardı edilir. Dar küçələr, çarpaz hasarlar, sıx tikililər isə yanğın və digər fövqəladə hallar zamanı təhlükəni qat-qat artırır.
Mütəxəssislərin fikrincə, belə sıx tikintilər zamanı norma və qaydalara əməl olunmur. Bu da həm insanların həyatını, həm də əmlakını birbaşa risk altında qoyur.
Daha ətraflı videoda:























