DİQQƏT! Yağışlı hava şəraiti BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Son proqnozlara görə, yaxın günlərdə ölkə ərazisində havanın dəyişkən keçəcəyi, bir çox bölgələrdə isə yağışlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Gözlənilən yağışlı hava gündəlik həyat və yol hərəkətində müəyyən çətinliklər yarada bilər.

Yağışlı hava şəraiti nə vaxta qədər davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Referans-a açıqlamasında bu sualı cavablandırıb.

“Avqustun 27-i və 28-i Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-30 dərəcə isti olacaq. Bölgələrdə də əsasən, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi şərq rayonların qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki