Dövlət Kukla Teatrının mühafizəçisi bıçaqlandı

Gəncədə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb.

Referans Media  Teleqraf-a istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilən şəxs teatrda mühafizəçi işləyir.

İlkin məlumata görə, onu 15 yaşlı yeniyetmə bıçaqlayıb.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki