Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı - Video

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs danışıb.

Referans Media  Xəzər TV-yə istinadən xəbər verir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva ona qarşı irəli sürülən iddiaları təkzib edir.

O, xəstəxanada özünə qarşı qərəzli münasibət olduğunu iddia edib. Gülnar Fərzəliyevanın sözlərinə görə, bu vəziyyətin arxasında xəstəxananın təsərrüfat müdiri dayanır:

"Böhtan ataraq məni işdən azad ediblər. Mən 17 il ərzində heç bir xəstəni nə natəmiz qoymuşam, nə də döymüşəm".

Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə məsələ ilə bağlı bildirilib ki, sanitarın pasiyentə qarşı qeyri-etik davranışı araşdırılıb.

Müəssisənin məlumatına görə, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitarın stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki