Dünyanı heyrətə gətirən birlik backend

Dünyanı heyrətə gətirən birlik 

“Dünyada bir-biri ilə yaxın, dostluq münasibətləri  olan çox ölkələr var, amma dünyada Azərbaycan-Türkiyə  münasibətlərini, qardaşlığını müqayisə edəcək ikinci dövlət tapmaq çox çətindir. Azərbaycan-Türkiyə münasibətləri dövlətlərarası səviyyədə deyil, eyni zamanda iki qardaş xalq arasında da elə bir sıx bağlılıq formasında yaranıb ki, kimsə bu birliyi pozmaq gücündə deyil. Artıq bu qardaşlıq  münasibətləri tarixin çətin sınaqlarında  çox uğrula çıxıb. Bu iki dövlətin və xalqın sevinci də, kədəri də, acısı da, qələbəsi də, uğuru da artıq eynidir.

Bu səbəbdəndir  ki, hər iki qardaş dövlət  “Bir millət, iki dövlət” prinsipinə uyğun əməkdaşlıq münasibətlərini qurublar. Lakin elə hallar olur ki, burada  “Bir millət, bir dövlət”  prinsipinə uyğun addım atırlar. Bu  birlik də, dünyanı heyrətə gətirir. Əsasən də  iki dövlətdən biri çətin dövlərini yaşayan zaman…  2023-cü ilin fevralında qardaş Türkiyədə yaşanan dəhşətli dağıntılara və çoxsaylı insan tələfatına səbəb olan  zəlzələ fəlakəti zamanı biz “Bir millət, bir dövlət” prinsiöinin necə reallaşdığının şahidi olduq”.

 Bunu Ölkə.az-aaçıqlamasında Milli Məcliisn deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki,   belə bir çətin anda Azərbaycan dövləti və xalqı səfərbər olaraq qardaş Türkiyənin acısına şərik olub, onun yanında oldu. “Azərbaycan dövləti və xalqı kişikdən böyüyədək hamı qardaş ölkənin acısına şərik oldu və əlindən gələni yardımı etdi ki,  çox çətin durumla üzləşən qardaşının dərdinə məlhəm olsun. Bunu cənab Prezident İlham Əliyev Kahramanmaraşda Azərbaycanın  təşəbbüsü ilə tikilən “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında dilə gətirərək bəyan etdi: “Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

 “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da  qardaşlıq münasibətlərinə toxunaraq  bəayn etdi ki,  bu gün burada “Bir millət, iki dövlət” şüarının həyata keçməsinə bir daha şahidlik edirik. “Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. “Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan”, – deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin”,- Ərdoğan qeyd edib.
Azərbaycanın  dəhşətli zəlzələ zamanı Türkiyəyə etdiyi dəstəyə görə  cənab Prezidentinə  və xalqına təşəkkür edərək bildirib: “İlham qardaşıma və heyətinə kahramanmaraşlılar adından təşəkkür edirəm. Burada, ilk növbədə, bunu vurğulamaq istəyirəm: Türkiyə ilə Azərbaycan arasındakı tale birliyinin ən konkret nümunələrindən biri açılışını etdiyimiz mənzillərdir. Bilirsiniz, 2023-cü il fevralın 6-da tariximizin ən böyük təbii fəlakətlərindən birini yaşadıq. 

Əlbəttə, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var.

“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, inşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir. 

Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, – istər Anadoluda, istər Azərbaycanda olsun, – türkün alın təri, səmimiyyəti və duası vardır. Rəbbim onlardan razı olsun. Fəhləsindən mühəndisinədək əməyi keçən hər bir qardaşıma, azərbaycanlı qardaşlarımızın hamısına təşəkkürlərimi bildirirəm. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə və Mənzil İnşaatı İdarəmizin rəhbərliyinə ayrılıqda şəxsən öz adımdan və millətim adından təbriklərimi çatdırmaq istəyirəm. Allah Azərbaycan ilə birliyimizi və diriliyimizi daimi etsin.

İlham Əliyev qardaşımın şəxsində Azərbaycan xalqına həmrəyliyi, dəstəyi və duaları üçün ən səmimi təşəkkürlərimi bildirirəm”.

Ərdoğanın “Azərbaycan” məhəlləsinin açılışı zamanı səsləndirdiyi   bu fikirlər artıq  iki dövlətin və xalqın birliyinin həmrəyliyinin qardaşlığının  hansı səviyyədə təsvir edildiyinin göstəricisidir. Bu birlik, həmrəylik və qardaşlıq nəticəsində hər iki dövlət qarşısındakı bütün çətinlikləri aşaraq, birgə yeni-yeni uğrulara, qələbələrə  imza atacaqlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki