Tramp Norveçi “tualet” adlandırdı

ABŞ prezidenti Donald Tramp bir daha Nobel Sülh Mükafatını ala bilməməsindən narazılığını dilə gətirib.

Referans Media  xəbər verir ki, o, Miçiqan ştatında Respublikaçıların tərəfdarları qarşısındakı çıxışında
Norveçin "tullantıya" çevrildiyini deyib: "Səkkiz münaqişəni həll etsəm də, Nobel Sülh Mükafatını ala bilmədim. Buna görə də Norveçdən heç kimin gəlməsini istəmirəm, Norveçlə heç bir əlaqəm yoxdur. Təsəvvür edin, səkkiz müharibəni həll etdim və daha ikisi yoldadır. Norveçdən məmnun deyiləm. Düzünü desəm, Norveç bərbaddır. Norveç tualetə çevrilib".

Bir müddət əvvəl Norveç Nobel Komitəsi 2026-cı il Nobel Sülh Mükafatının 2008-ci ildən 2014-cü ilə qədər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışmış Cənubi Afrikalı hüquqşünas və insan haqları fəalı Navanethem "Navi" Pillaya veriləcəyini açıqlayıb./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki