GTA VI satışa çıxmamış dünya oyun sənayesində yeni rekord müəyyənləşdirib.
Referans Media xəbər verir ki, oyun üçün dünya üzrə ön sifarişlərin sayı 39 milyonu keçib. Bu isə Rockstar Games şirkətinə ilk 24 saat ərzində 3 milyard dollardan çox gəlir qazandırıb. Bildirilir ki, ön sifarişlərin ilk dalğası bir saatdan az müddətdə tükənib.
Oyunun standart versiyası 79,99 dollar, Tam paket nəşri isə 99,99 dollardır. Tam paket nəşrini alan istifadəçilər eksklüziv avtomobillər, silahlar, geyimlər, eləcə də əsas qəhrəmanlar Ceyson və Lüsiya üçün xüsusi məzmun əldə edəcəklər. Noyabrın 20-dək ön sifariş verənlərə Vintage Vice City Pack bonusu təqdim olunur, rəqəmsal versiyalara isə bir aylıq GTA+ abunəliyi daxildir.
Oyunun hadisələri Vice City (Mayaminin analoqu) və Leonida ştatında (Florida ştatının analoqu) cərəyan edəcək. Bu, GTA V-dən sonra seriyanın son 13 ildə təqdim olunan ilk yeni hissəsi olacaq.
Məlumata görə, oyunun hazırlanmasına 2 milyard dollardan çox vəsait xərclənib. Bu məbləğin dünyanın ən hündür binası olan Bürc Xəlifə-nin tikinti dəyərindən də yüksək olduğu bildirilir./Musavat.com
