Amerika şirkətləri tərəfindən göstərilən rəqəmsal xidmətlərə vergi tətbiq edən istənilən ölkədən idxala 100%-lik rüsum tətbiq edəcəyik.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Qoy bu açıqlama bir xəbərdarlıq olsun: Belə bir vergi tətbiq edən istənilən ölkənin Amerika Birləşmiş Ştatlarına göndərilən bütün mallarına dərhal 100%-lik rüsum tətbiq ediləcək”, - deyə o bildirib./axar.az
